Yaşayış məkanlarına dəyər qatan açar və rozetka kolleksiyalarını kəşf edin.
JUNG dizaynı
JUNG dizayn fəlsəfəsi zamansız estetikaya, aydın xətlərə və yüksək material keyfiyyətinə əsaslanır. Keçici trendlərdən uzaq, müasir və minimalist anlayışla hazırlanan açar seriyaları funksionallığı zərifliklə birləşdirir və hər memarlıq konsepsiyasına uyğunlaşaraq məkana güclü vurğular qatır.
Dəqiq metal işçiliyi və nüfuzlu səthlər
Paslanmaz polad, alüminium, xrom, fırçalanmış bürünc, qızıl örtük və latun səth variantları məkana seçkin toxunuş verir. Metal teksturalar ikonik LS seriyasının zamansız forması ilə mükəmməl birləşir. Usta əl işi və dəqiq mühəndislik keyfiyyəti hər detalda hiss etdirir.
LS seriyasının sadə və zamana davamlı dizaynı açarları, rozetkaları və idarəetmə elementlərini memarlığın təbii hissəsinə çevirir. Ağ, boz və qara tonlar, mat və parlaq səthlər məkanla uyğunlaşan və lazımi yerdə kontrast yaradan həllər üçün geniş planlaşdırma azadlığı verir.
LS ZERO açarları, rozetkaları, iqlim və işıq idarəetmə elementlərini səthlə bir müstəvidə birləşdirir. Divara, taxta panelə və xüsusi mebelə hamar şəkildə inteqrasiya olunaraq fasiləsiz memarlıq axını yaradır. İddialı interyerlər və müasir layihələr üçün dəqiq montaj texnologiyasını estetika ilə birləşdirən həlldir.
LS ZERO, fırçalanmış bürüncLS ZERO, alp ağıLS ZERO, Le Corbusier rəngi
LS 1912 — nostaljinin müasir şərhi
LS 1912 klassik qollu açar dizaynını LS seriyasının kəskin həndəsəsi ilə birləşdirir. Sənaye inqilabı dövrünün dizaynını bugünkü texnologiya ilə birləşdirən bu seriya silindr, konus və ya kub formalı qolu ilə özünəməxsus toxunma və səs təəssüratı yaradır. Bu xüsusiyyəti sayəsində yaşayış evlərinə, otellərə və nüfuzlu memarlıq layihələrinə orijinal xarakter qatır.
LS 1912, latunLS 1912, parlaq xromLS 1912, üç açar
Les Couleurs® Le Corbusier® — ikonik rənglərin memarlıqdakı gücü
Le Corbusier-in «Polychromie Architecturale» rəng nəzəriyyəsi 90 ildən artıqdır ki, memarlıq dizaynına istiqamət verir. Dünyada açar və rozetkalara yalnız JUNG tərəfindən əl işi ilə tətbiq olunan bu rəng sistemi mat, parıltısız 63 uyğun rənglə məkanlarda sonsuz kombinasiya imkanı yaradır.
A seriyası şüşə və yüksək keyfiyyətli plastik səth variantları ilə müasir məkanlara dinamizm qatır. Zəngin rəng və material kombinasiyaları sayəsində yaşayış evlərindən kommersiya sahələrinə qədər geniş spektrdə çevik dizayn həlləri təqdim edir.
CD seriyası orqanik forması və yumşaldılmış keçidləri ilə məkana isti və balanslı atmosfer qatır. Çərçivənin özünəməxsus əyri səthi və uyğun rəng variantları seriyanın dizayn kimliyini müəyyən edir.
AS seriyası yüksək funksionallığı, qənaətcil yanaşması və etibarlı işi ilə layihələr üçün universal standart təqdim edir. Sadə və müasir xətləri sayəsində yaşayış evlərindən kommersiya binalarına qədər bütün məkanlarda çevik istifadə imkanı verir.